
“Barselona”nın futbolçusu üç klubun hədəfindədir
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal Premyer Liqa klublarının “rada”rına düşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Çelsi”, “Everton” və “Brayton” ispaniyalı futbolçu ilə maraqlanır.
Bernal bazar günü bir ildən artıq müddətdən sonra ilk dəfə “Valensiya” ilə matçda (6:0) əvəzedici kimi meydana çıxıb. Daha əvvəl 18 yaşlı futbolçu çarpaz bağın yırtılması səbəbindən oyunlardan uzaq qalıb. Onun “Barselona” ilə müqaviləsi gələn ilin yayında başa çatır, lakin tərəflərin qarşılıqlı razılığıyla avtomatik olaraq uzadıla bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



