“Barselona”nın futbolçusu bütün təklifləri rədd edib

“Barselona”nın 18 yaşlı yarımmüdafiəçisi Mark Bernal yay transfer pəncərəsində komandanı tərk edə bilərmiş.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunu transfer etmək istəyən klublar arasında “Çelsi” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu olub.

“Çelsi” Bernalı alaraq onu icarəyə “Strasburq”a göndərmək planı qurub. “Əl-Nəsr” isə gənc oyunçunu birbaşa əsas heyətdə görmək istəyib. Ancaq Bernal bütün təklifləri rədd edərək, “Barselona”da qalmağa üstünlük verib. O, ötən mövsüm çarpaz bağların qopması səbəbindən bir il yaşıl meydanlardan kənarda qalmışdı.

Bernal cari mövsümdə La Liqanın 3-cü turunda – “Valensiya”ya qarşı matçda (6:0) 9 dəqiqə meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button