“Barselona” hücumçusunu satır – Rekord transfer

“Barselona”nın futbolçusu Abel Ruis karyerasını Portuqaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçu “Braqa” klubuna keçməyə yaxındır. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. “Braqa” Ruis üçün “Barselona”ya 10 milyon avro təklif edib. İspan forvardın keçidi reallaşsa, bu, Portuqaliya təmsilçisinin tarixində rekord məbləğli transfer olacaq.

“Barselona” Ruisi “Braqa”ya satacağı halda, növbəti 3 il ərzində futbolçunu daha az məbləğə geri qaytarmaqla bağlı hüququ olacaq.

“Barselona”nın yetirməsi olan hücumçu bu mövsüm B komandası ilə 19 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button