“Barselona” “Real”ın futbolçusunu ağladıb

“Barselona”nın Braziliyadakı skautu Andre Kyuri, “Real”ın futbolçusu Vinisius Juniorun vaxtı ilə Kataloniya klubuna keçmək ehtimalının olduğunu bildirib.

Komanda.az xəbər verir ki, skaut, Vinisiusun vaxtı ilə “Barselona”ya deyil, “Real”a keçidi haqda bunları söyləyib:

“Vinisius əvvəllər “Barselona”nı dəstəkləyirdi. “Barselona” Çempionlar Liqasında PSJ-ni 6:1 hesabı ilə məğlub edəndə sevincindən ağlayırdı. Vinisius əsl “Barselona” fanatı idi. Onun bu kluba keçidi həll olunmuşdu. Hər iki agenti də mənim yaxın dostlarım idi.

Bütün danışıqlar həll olunmuşdu, yalnız müqavilə imzalamaq qalmışdı. Amma sonda dostlarım mənə və kluba xəyanət etdi. Bu hadisə 2017-ci ildə baş vermişdi. O vaxtdan bu yana onlarla danışmıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button