“Suaresin “Atletiko”ya deyil, “Yuventus”a getməsi daha yaxşı olardı” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın bombardiri Luis Suares haqda danışıb.

Komanda.az xəbər verir ki, “The Athletic” nəşrinə danışan niderlandlı mütəxəssis, uruqvaylı hücumçunun mövsümün əvvəlində “Atletiko”ya deyil, “Yuventus”a keçməsini istədiyini deyib:

“Suares bu komandanın bir parçası idi. Buraya gələndə onunla bağlı müəyyən fikirlərim var idi, danışdıq və sonra qərar verdik. Əlbəttə, Suaresin “Atletiko”ya deyil, “Yuventus”a getməsi daha yaxşı olardı. Çünki hələ İspaniya La Liqasındadır. Bu, çox çətin bir qərar idi, lakin futbolçuya olan hörmətimizə görə onun seçiminə qarışa bilməzdik. Verdiyimiz qərarları hələ də dəstəkləyirəm”.

Mövsümün əvvəlində “Atletiko”ya keçən Suares hazırda La Liqada 14 qolla bombardirdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button