“Futbolçuların keyfiyyətinə və xarakterinə görə qələbə qazandıq” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 22-ci turu çərçivəsində “Betis”ə qarşı keçirdikləri səfər matçını şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kuman, 3:2 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Son oyunlarda heyətdə çox rotasiya edirik. Ronald Arauxonun zədələnməsi işimizi çətinləşdirdi. Komandanın oyuna münasibətindən çox məmnunam. Bu matçda futbolçuların keyfiyyətinə və xarakterinə görə qələbə qazandıq.

Düşünürəm ki, ilk hissədə çox da yaxşı oynamadıq. Top bizdə olanda daha fəal hücumlar etməli idik. İlk hissədə komandamda bir qığılcım görmədim. İkinci hissədə isə işlər dəyişdi və qələbə qazana bildik”.

“Barselona” La Liqada 43 xalla 2-ci sıradadır.