
“Barselona”nın döyməsini etdirməkdənsə, saçsız qalaram”
“Real”ın yeni transferi Mark Kukurella “Barselona” barədə diqqətçəkən fikirlər səsləndirib.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi, Madrid klubunu seçməsinin əsas səbəbinin hər mövsüm ən yüksək hədəflər uğrunda mübarizə aparmaq imkanı olduğunu bildirib:
“Bu klubu seçdim, çünki hər il UEFA Çempionlar Liqasını qazanmağa iddialıdır. Bu, hər zaman baş verməsə də, “Real”da hər şey çox tez dəyişə bilər. “Barselona”? Mən o klubun döyməsini etdirməkdənsə, saçsız qalmağı üstün tutaram”.
“Real” ötən mövsümü turnir cədvəlinin 2-ci pilləsində başa vurub və heç bir kubok qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



