
Ter Ştegen satılacaq
“Barselona” qapıçısı Mark-Andre ter Ştegenlə vidalaşmağa qərar verib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 34 yaşlı qolkiperin yay transfer pəncərəsində satışa çıxarılmasını planlaşdırır.
Bildirilir ki, almaniyalı qapıçının hazırkı transfer dəyəri təxminən 4 milyon avro qiymətləndirilir.
Ter Ştegen ötən mövsümü icarə əsasında “Jirona”da keçirib. La Liqanı turnir cədvəlinin sondan ikinci pilləsində başa vuran komanda elitadan aşağı liqaya yuvarlanıb.
Qolkiper başa çatan mövsümdə İspaniya çempionatında cəmi iki oyunda meydana çıxıb və qapısında iki qol görüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



