“Barselona” – Qrizmann anlaşmasının detalları açıqlandı

Mövsümün sonunda “Atletiko”dan ayrılacağını açıqlayan Antuan Qrizmanna təklif gəlib.

Komanda.az xəbər verir ki, “Barselona” fransız futbolçuya 5 illik müqavilə təklif edib. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Qrizmann, Kataloniya təmsilçisində illik 17 milyon avro qazanacaq.

“Barselona”nın Qrizmann üçün “Atletiko”ya 120 milyon avro ödəyəcəyi bildirilir.