
“Barselona”dan Fliklə yeni müqavilə – Rəsmi
“Barselona” baş məşqçisi Hans-Diter Flikin müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
61 yaşlı almaniyalı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Flik 2024-cü ildən “Barselona”da çalışır O, komanda ilə iki dəfə La Liqanın, bir dəfə ölkə kubokunun, iki dəfə superkubokun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



