“Barselona”nın Aspilikuetaya təklifinin detalları

“Barselona” “Çelsi”nin müdafiəçisi Sesar Aspilikuetaya təklif göndərib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, kataloniyalılar ispaniyalı futbolçunu bu yay transfer etməyi düşünürlər. “Barsa” ona iki illik müqavilə və illik 13 milyon avro maaş təklif edir.

32 yaşlı futbolçu 2012-ci ilin yayından “Çelsi”də çıxış edir. O, bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aspilikuetanın “Çelsi” ilə müqaviləsi bu yay başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button