“Barselona”da yeni müqavilə 

“Barselona”da yeni müqavilə qeydə alınıb.

Komanda.az xəbər verir ki, La Liqa klubu Mark Bernalın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Mark Bernal “Barselona”nın yetirməsidir. 18 yaşlı yarımmüdafiəçi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button