
“Barselona”da yeni müqavilə
“Barselona”da yeni müqavilə qeydə alınıb.
Komanda.az xəbər verir ki, La Liqa klubu Mark Bernalın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Mark Bernal “Barselona”nın yetirməsidir. 18 yaşlı yarımmüdafiəçi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



