“Barselona”nın Luis Suares qorxusu

“Barselona”nın hücumçusu Luis Suares yenidən əməliyyat oluna bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bir neçə həftədir dizində ağrılar olan uruqvaylı futbolçu, bu gün tibbi müayinədən keçiriləcək. Futbolçunun əməliyyat olunma ehtimalının olduğu və bu səbəbdən, Suaresin 6 həftə yaşıl meydanlardan kənar qala biləcəyi deyilir.

Suares may ayının əvvəlində zədələnmiş və dizindən əməliyyat olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button