Qərar verilib: Mövqeyi dəyişdirilir, müqaviləsi uzadılır

“Barselona” müdafiəçisi Erik Qarsiya ilə müqavilənin müddətini uzadacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar rəhbərliklə komandanın baş məşqçisi Xavi arasında keçirilən görüşdə qəbul edilib.

İspan mütəxəssisin Qarsiyadan müdafiəyəmeyilli yarımmüdafiəçi kimi istifadə etməyi planlaşdırdığı bildirilir.

Qarsiya 2021-ci ilin yayında “Mançester Siti”dən “Barselona”ya keçib.

O, bu mövsüm “Barselona”da 24 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button