“Barselona”da ciddi itki

İspaniyanın “Barselona” komandası ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Frenki De Yonq zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderlandlı futbolçu La Liqanın 9-cu turu çərçivəsində evdə “Real”a 1:2 hesabı ilə uduzduqları matçda sıradan çıxıb. İkinci hissədə bud əzələsindən xəsarət alan 24 yaşlı oyunçu 77-ci dəqiqədə Serxi Roberto ilə əvəzlənib.

De Yonqun sıraya dönmə vaxtı bərpa prosesinin gedişindən asılı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button