“Barselona” futbolçusunu 5-6 həftəlik itirib

“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqun zədə səbəbindən sıradan çıxdığını açıqlayıb.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, niderlandlı futbolçunun təxminən 5–6 həftə ərzində bərpa prosesi keçəcəyi bildirilib.

De Yonq sağalma mərhələsində ən kiçik riskə belə, getmək niyyətində deyil. Bunun əsas səbəbi onun Niderland millisi ilə dünya çempionatında iştirak etmək istəyidir.

28 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayında zədə səbəbindən AÇ-2024-ü buraxmışdı və bu dəfə mundial onun üçün əsas prioritet hesab olunur. O, yalnız fiziki baxımdan özünü tam hazır hiss etdikdən sonra “Barselona”nın heyətində meydana çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button