
“Barselona” “Napoli” ilə yoxlama oyunu keçirə bilər
“Barselona” bu yay İtaliyada yoxlama oyunu keçirə bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya komandası avqustun 1-də Dieqo Armando Maradona stadionunda “Napoli” ilə qaşılaşa bilər.
Bununla yanaşı, Neapol təmsilçisinin ənənəvi Xuan Qamper kubokunda iştirak etməsi də mümkündür. Tərəflər yaxın gələcəkdə bu barədə danışıqlar aparmaq niyyətindədirlər.
“Barselona” hazırda İspaniya La Liqasında topladığı 76 xalla turnir cədvəlinə başçılıq edir. “Napoli” isə İtaliya A Seriyasında 65 xalla ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



