“Barselona” yetirməsini geri qaytarmaq istəyir

“Barselona” “Malyorka”nın cinah oyunçusu Jan Virgilini yenidən heyətinə qatmağı nəzərdən keçirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu 19 yaşlı futbolçunun transfer hüququndan istifadə edərək, onu 7,2 milyon avro qarşılığında geri almağı düşünür.

“Malyorka”nın La Liqanı tərk etməsindən sonra Virgilinin transfer qiyməti 30 milyon avrodan 12 milyon avroya enib. Bu amil “Barselona” üçün mümkün transferi daha əlçatan edib. Kataloniya klubunun futbolçunu daha yüksək məbləğə satmaq və ya gələcək transfer əməliyyatlarında istifadə etmək məqsədilə geri almaq istədiyi bildirilir.

Virgili “Barselona”nın yetirməsidir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 34 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button