“Barselona” sabiq futbolçusunu geri qaytarmağı planlaşdırır
“Barselona” sabiq yetirməsi, hazırda “Malyorka”da çıxış edən Jan Virgilini yenidən heyətinə qata bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu futbolçu üçün nəzərdə tutulan 7 milyon avroluq gerialma bəndindən istifadə etməyi planlaşdırır. Transferin baş tutması baş məşqçi Hans-Diter Flikin son qərarından asılıdır.
19 yaşlı cinah oyunçusu 2025/26 mövsümündə “Malyorka”nın heyətində 31 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



