“Barselona” yeni futbolçu transfer etdi – 100 milyon avro qiymət qoydu

“Barselona” klubu “Rasinq”in yarımmüdafiəçisi Pablo Torrenin transferi ilə bağlı razılığa gəlib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi bu mövsüm hazırkı klubunda çıxış edəcək, yayda isə “Barselona”ya qoşulacaq.

Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Torrenin sərbəstqalma qiyməti 100 milyon avro məbləğində müəyyənləşdirilib.

“Barselona” Torre üçün 5 milyon avro ödəyəcək. Bu məbləğ bonuslar hesabına 20 milyon avroya qədər arta bilər.

Torre əvvəlcə “Barselona”nın B komandasında çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button