“Barselona” yapon futbolçunu istəyir
“Barselona” mövsümlərarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Brayton”un yarımmüdafiəçisi Kaoru Mitoma ilə maraqlanır.
Yapon futbolçunu transfer etmək istəyən klublar arasında “Mançester Yunayted” və “Mançester Siti” də var.
“Brayton” Mitomanı 2022-ci ilin yanvar ayında “Union Sent Cillois”dən transfer edib. Yaponiya millisinin üzvü cari mövsümdə “qağayılar”ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin