
“Barselona” və “Bayern” portuqaliyalı futbolçu ilə maraqlanır
“Milan”ın vingeri Rafael Leao mövsümün sonunda klubunu tərk edə bilər.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçuya Avropanın iki top-klubu – “Barselona” və “Bayern” maraq göstərir. Potensial transferin dəyərinin təxminən 80 milyon avro olacağı bildirilir.
29 yaşlı oyunçu 2019-cu ilin yayından “Milan” formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.
O, cari mövsümdə 26 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



