
“Barselona” Alvaresin agentləri ilə görüş keçirib
“Barselona” “Atletiko”nun hücumçusu Xulian Alvares üçün transfer çalışmalarını davam etdirir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku dünən argentinalı futbolçunun agentləri – Fernando Hidalqo, Endryu Bara və Xuanma Lopeslə görüş keçirib.
Bildirilir ki, “Barselona” bu transferi 11 iyunda start götürəcək dünya çempionatından əvvəl yekunlaşdırmaq niyyətindədir. “Atletiko” isə hücumçusu üçün təxminən 100 milyon avro (bonuslar istisna olmaqla) tələb edə bilər.
Tərəflər arasında danışıqların davam etdiyi və sözləşmənin yaxın həftələrdə yekunlaşacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



