
“Barselona”dan Torres qərarı
“Barselona” rəhbərliyi komandanın hücumçusu Ferran Torreslə bağlı gələcək planını müəyyənləşdirib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Kataloniya klubu 26 yaşlı futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır. Həm klub, həm də futbolçunun özü əməkdaşlığın davam etməsində maraqlıdır.
Qərarın əsas səbəblərindən biri kimi komandanın hücum xəttində dəyişikliklər göstərilir. Xüsusilə, polşalı forvard Robert Levandovskinin komandadan ayrılmasından sonra “Barselona” Torresi heyətdə saxlamağı vacib sayır.
İspaniyalı futbolçu 2022-ci ilin yanvarından “Barselona”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



