“Barselona” sponsoru ilə yeni müqaviləyə hazırlaşır

“Barselona” hazırkı titul sponsoru “Spotify” ilə yeni, uzunmüddətli müqavilə imzalamaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdən olan məhşur brend hazırda “Barselona”ya illik təxminən 70 milyon avro (bonuslarla birlikdə) ödəyir. Bu müqavilə mövsümün sonuna qədər qüvvədədir.

Mövcud razılaşmaya əsasən, meqakorporasiyanın 2030-cu ilə qədər müqaviləni birtərəfli qaydada uzatmaq hüququ var. Bu baş verərsə, illik zəmanətli ödənişlər 70 milyon avroyla sabitləşəcək.

Bundan əlavə, “Spotify” rəhbərliyi qarşı tərəfdən anlaşmanın müddətini 2034-cü ilə qədər daha bir uzatma imkanı gözləyir, bu zaman illik ödənişlər 80 milyon avroya qədər yüksələ bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button