
“Barselona” Reşford üçün 30 milyon avrodan keçməyə razıdır
“Barselona” “Mançester Yunayted”dən icarəyə götürdüyü hücumçu Markus Reşfordun müqaviləsini daimi etmək niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ingiltərəli futbolçunun müqaviləsini 30 milyon avro qarşılığında satın alacaq ki, bu da icarə müqaviləsində göstərilmiş şərtdir.
Həmçinin, “Barselona” artıq Reşford üçün müddəti 2030-cu ilə qədər nəzərdə tutulmuş yeni müqaviləni hazırlayır.
Reşford cari mövsümdə kataloniyalıların heyətində bütün turnirlər üzrə 27 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə verib.
“Barselona” hazırda 19 turdan sonra 49 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



