“Barselona” Reşfordla bağlı o bənddən istifadə edə bilməyəcək

“Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən Markus Reşfordun gələcəyi ilə bağlı yeni detallar ortaya çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” artıq ingiltərəli hücumçunu 30 milyon avroya satın alma şərtindən istifadə edə bilməyəcək. Bu bənd mart ayında qüvvədən düşüb.

Bununla belə, şərtin ləğvi ümumi vəziyyəti tam dəyişdirmir. Bildirilir ki, Kataloniya klubu Reşfordu yenidən icarəyə götürmək istəyir, ancaq “Mançester Yunayted” bu variantı nəzərdən keçirmir.

“Qırmızı şeytanlar” 28 yaşlı futbolçunun qiymətini azaltmaq niyyətində də deyil, çünki oyunçuya Avropanın digər klublarından da maraq var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button