
“Barselona” rekordunu yeniləyə bilmədi
“Barselona” uzun müddətdən sonra İspaniya La Liqası matçını qolsuz başa vurub.
Kataloniya təmsilçisinin seriyasına dünən “Alaves” son qoyub. Departivolular çempionu 1:0 hesabı ilə məğlub edib.
Hans-Diter Flikin komandası bundan əvvəl çempionatda keçirdiyi ardıcıl 55 qarşılaşmanın hamısında rəqib qapısına yol tapmışdı. Bununla belə, “Barselona” klub rekordunu yeniləyə bilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub tarixində ən uzun qol seriyası Pep Qvardiola və Tito Vilanova dönəminə təsadüf edir. “Barsa” 2012-ci ilin əvvəlindən 2013-cü ilin payızına qədər ardıcıl 64 La Liqa matçında qol vurmağı bacarmışdı.
Flikin komandası “Alaves”lə oyuna çempionluğu təmin etmiş vəziyyətdə çıxmışdı. Onlar ötən turda qızıl medalları rəsmiləşdirmişdi.
Kataloniya klubunun sonuncu dəfə La Liqada qol vura bilmədiyi oyun 2024-cü ilin dekabrına təsadüf etmişdi.
Bizi Facebook-da izləyin



