“Barselona” onu geri göndərəcək

“Barselona” “Vulverhempton”dan icarəyə götürdüyü Adama Traore ilə bağlı qərar verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu Traoreni saxlamaq istəmir.

“Barselona” 26 yaşlı vingeri 30 milyon avroya transfer etmək maddəsini aktivləşdirməyi düşünmür. Baş məşqçi Xavi də İspaniya millisinin üzvünün hücumu gücləndirəcək səviyyədə olmadığını düşünür. Bu səbəbdən, Traore mövsümün sonunda Premyer Liqa klubuna qayıdacaq.

Adama Traore bu mövsüm La Liqada keçirdiyi 9 oyunda 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button