“Barselona” onun uğrunda mübarizədə öndədir

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını “Barselona”da davam etdirə bilər.

Portuqaliyalı futbolçunun müqaviləsinin müddəti yayda başa çatacaq və görünür ki, tərəflər yeni anlaşma imzalamayacaq.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Silva uğrunda mübarizədə Kataloniya təmsilçisi ön sıradadır.

31 yaşlı oyunçu vətəninə daha yaxın olmaq istədiyi üçün “Barselona” variantına müsbət yanaşır. Komandanın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçinin heyətə ciddi töhfə verəcəyini düşünür.

Silva ilə “Yuventus”, PSJ və Türkiyə çempionatı təmsilçilərinin də maraqlandığı bildirilir. O, 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button