
İngiltərə klubu Rafinya üçün təklif hazırlayır
“Nyukasl” gələn yaya “Barselona”nın hücumçusu Rafinya Dias üçün təklif hazırlayır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rafinyanın transferi həqiqətən də mümkündür. Kataloniya klubu maliyyə problemlərini həll etmək üçün yayda braziliyalı futbolçunu sata bilər.
Rafinya bu mövsüm bütün yarışlarda 10 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



