“Barselona” onu əsas komandaya cəlb edib – Bir ildən sonra

18 yaşlı yarımmüdafiəçi Mark Bernal cari mövsüm üçün “Barselona”nın əsas komandasının siyahısına daxil edilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun yetirməsi əsas heyətə düşməyi bacarsa da, dizindəki ön çarpaz bağlarını sıradan çıxarmışdı.

İspaniyalı futbolçunun son çıxışı 2024-cü ilin avqustunda, La Liqanın üçüncü turunda “Rayo Valyekano” ilə keçirilən (2:1) matç olub.

Bernal əsas komandada ümumilikdə 3 oyuna çıxıb. Onun komandası sentyabrın 14-də, La Liqa çərçivəsində evdə “Valensiya”nı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button