“Barselona” braziliyalı müdafiəçinin transferini gözdən keçirir

“Monako”nun müdafiəçisi Vanderson “Barselona”nın maraq dairəsinə düşüb.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Kataloniya təmsilçisi tərəfindən potensial transfer hədəfi kimi nəzərdən keçirilir.

Braziliyalı futbolçunun alınması “Barsa”nın yay transfer pəncərəsində əldə edəcəyi gəlirlərdən asılıdır.

Vanderson hələlik “Barselona” rəhbərliyinin əsas transfer hədəfləri arasında yer almır. Bununla belə, o, komandanı bir neçə oyunçunun tərk etməsi və transfer büdcəsinin genişlənməsi halında alternativ variant kimi gündəmə gələ bilər.

Vandersona daha əvvəl “Liverpul” da maraq göstərib. “Qırmızılar” onu Trent Aleksander-Arnold üçün ehtimal edilən əvəzləyici kimi nəzərdən keçiriblər.

O, son mövsümdə “Monako”nun heyətində 41 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button