
“Barselona” niderlandlı müdafiəçi ilə maraqlanır
“Tottenhem”in müdafiəçisi Miki van de Ven “Barselona”nın maraq dairəsinə düşüb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə Avropanın bir sıra top-klubları maraqlanır.
İddiaçılar siyahısına indi “Barselona” da qoşulub. Kataloniyalılar mərkəz müdafiəçisini çox maraqlı variant hesab edirlər. Ancaq transferin reallaşmasına əsas maneə niderlandlı futbolçunun yüksək qiyməti ola bilər.
Van de Venin “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir. “Transfermarkt” portalı onun bazar dəyərini 65 milyon avro olaraq qiymətləndirir.
O, cari mövsümdə bütün turnirlərdə 32 oyunda meydana çıxıb və 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



