“Barselona” müdafiəçisini satdı

“Barselona” müdafiəçi Oskar Minqesanı “Selta” ya satıb.

Komanda.az xəbər verir ki, bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb. Daha əvvəl müqavilənin müddətinin 2026-cı ilə qədər hesablanacağı bildirilirdi. Həmçinin, kataloniyalılar futbolçunun növbəti satışından da faiz ala bilərlər.

Minqesa 2021/22 mövsümündə “Barselona”nın heyətində 27 matçda 2 məhsuldar ötürmə edib.

23 yaşlı futbolçunun bütün karyerası “Barselona”da keçib.

“Selta” hücumçusu Yaqo Aspasla da yeni müqavilə imzalandığını açıqlayıb. 34 yaşlı ispan futbolçu yeni sözləşməyə əsasən, 2025-ci ilə qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

Yaqo Aspas “Selta”nın öz yetirməsidir. O, 2013-2015-ci illər aralığında “Liverpul” və “Sevilya”da forma geyinsə də, yenidən doğma klubuna qayıdıb. Aspas bu komandanın heyətində 418 oyuna 184 qol vurub, 63 məhsuldar ötürmə ilə yadda qalıb. O, klub tarixinin ən yaxşı bombaridir. Futbolçu vaxtilə İspaniya millisində də 18 oyuna 6 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button