“Barselona” belçikalının transferində israrlıdır

“Barselona” Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Tomas Menyeni transfer etməyi düşünür.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi qış transfer pəncərəsində futbolçunun keçidini bitirmək niyyətindədir. Klub rəhbərliyi 31 yaşlı belçikalını ötən yay komandada görmək istəsə də, transfer baş tutmayıb.

Menyenin “Borussiya” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm 14 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button