“Barselona” Martineslə anlaşdı, “İnter”lə…

“Barselona” uzun müddətdir heyətinə qatmaq istədiyi “İnter”in futbolçusu Lautaro Martineslə anlaşıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə danışıqlar aparan Kataloniya klubu, onunla şəxsi razılıq əldə edib. “İnter” isə Martinesin keçidi üçün futbolçu dəyişikliyinin tərəfdarı deyil. Milan klubu argentinalı futbolçunun transferindən pul qazanmaq istəyir.

Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Martinesin “İnter”lə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulur.