Osimhen İspaniya klubunun hədəfindədir

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 26 yaşlı forvardla “Barselona” yaxından maraqlanır.

Kataloniya təmsilçisi Osimheni polşalı hücumçu Robert Levandovskinin potensial əvəzləyicisi kimi görür.

Nigeriyalı forvardın “Qalatasaray”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. O, cari mövsümdə bütün turnirlərdə 9 oyunda 6 dəfə fərqlənərək, komandasının əsas qol silahına çevrilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button