“Barselona” müdafiəçisini itirdi

“Barselona” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Ronald Arauxo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu La Liqanın 22-ci turu çərçivəsində “Betis”ə qarşı keçirilən səfər matçının (3:2) 10-cu dəqiqəsində zədələnərək, meydanı tərk edib.

Arauxonun son durumu tibbi müayinədən sonra bilinəcək. Futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Uruqvaylı müdafiəçi bu mövsüm La Liqada 12 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button