Suares 4-cü yerə yüksəldi

“Barselona” İspaniya La Liqasının 9-cu turunda “Eybar”ı məğub edib.

Komanda.az xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Kataloniya təmsilçisinin futbolçusu Luis Suares üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Eybar”la qarşılaşmada komandasının sonuncu – 3-cü qolunu vuran uruqvaylı hücumçu “Barselona”nın heyətində vurduğu qollarının sayını 184-ə çatdırıb. O, buna 256 oyunda nail olub. Suares, bununla da Kataloniya təmsilçisinin tarixində bombardirlər siyahısında 4-cü yerə yüksəlib.

“Barselona” tarixinin bombardiri isə 605 qolla Lionel Messidir.