Buffon niyə “Barselona” ilə müqavilə bağlamayıb?

“Yuventus”un keçmiş qapıçısı Canluici Buffon 2001-ci ildə “Barselona”ya keçmək ehtimalından danışıb.

Komanda.az xəbər verir ki, italiyalı keçmiş qolkiper “La Repubblica”-ya müsahibəsində bunları deyib:

“2001-ci ildə “Parma”da olarkən “Roma” və “Barselona” ilə müqavilə bağlamaq ərəfəsində idim. Amma sonda “Yuventus”u seçdim. Bu, təfərrüat məsələsi idi”.

46 yaşlı Buffon karyerası ərzində “Parma”, “Yuventus” və PSJ-də çıxış edib. O, 2023-cü ilin yayında futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button