Messi karyerasını Premyer Liqada davam etdirə bilər

“Barselona” ilə yeni müqavilə danışıqlarını dayandıran Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə argentinalı jurnalist Kristian Martin şəxsi “tvitter” hesabında məlumat yayıb. O, Messinin “Mançester Siti”yə keçə biləcəyini qeyd edib:

“Həqiqətən, Messinin “Mançester Siti”yə keçmək ehtimalı var. Bunu Kataloniya və İngiltərədəki mənbələrim də təsdiqləyir. Hər iki tərəf müqavilənin şərtlərində razılaşacaqlar”.

Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.