“Barselona” “Real”la görüşün favoritidir” – Pike

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike keçmiş komandasından “Real”la qarşılaşmadan gözləntilərini bölüşüb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Pike, sabiq komandasının əla futbol nümayiş etdirdiyini bildirib:

“Möhtəşəm oyun gözləyirəm. “El klasiko” həmişə emosiyalar fırtınasına səbəb olan matçdır. Ümid edirəm ki, bu dəfə “Barselona” qalib gələcək. Komanda evdə oynayır və indi əla futbol nümayiş etdirir. Kataloniyalılar görüşün favoritidir”.

Qarşılaşma 28 oktyabrda, saat 18:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button