“Barselona” Messiylə danışıqlara başlayır

“Barselona” futbolçusu Lionel Messinin müqaviləsini uzatmaq üçün danışıqlara başlayacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Cope” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın yeni həftədən danışıqlara start verəcəyi bildirilir.

Kataloniya təmsilçisi 32 yaşlı argentinalı futbolçuyla danışıqları bir ay ərzində yekunlaşdırıb, onunla yeni müqavilə imzalamaq istəyir.

Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button