“Barselona” fransızını itirdi

“Barselona” ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Osman Dembele zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın 20-ci turunda “Leqanes”ə qarşı keçirilən matçda zədələnən Dembelenin 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Fransız hücumçu “Barselona”nın 3:1 hesabıyla qələbə qazandığı matçda, ilk qolun müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button