“Barselona” Alvares üçün 130 milyon avro təklif etməyə hazırlaşır

“Barselona” “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyindən əl çəkməyib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı forvard üçün təxminən 130 milyon avro təklif etməyə hazırlaşır. Bildirilir ki, bu təklif dünya çempionatı başa çatdıqdan sonra edilə bilər.

“Barselona” rəhbərliyi son həftələrdə Madrid klubu ilə münasibətlərin gərgin olduğunu etiraf etsə də, yaxın vaxtlarda “Atletiko”nun danışıqlara razılıq verəcəyinə ümid edir.

Xəbərdə o da qeyd olunur ki, “Barsa” bu yaxınlarda “Bayern”in hücumçusu Harri Keynin nümayəndələri ilə də əlaqə saxlayıb. Ancaq bu təmaslar yalnız ilkin tanışlıq xarakteri daşıyıb. İngiltərəli futbolçunun Münhen klubundan ayrılmaq niyyətində olmadığı və müqaviləsinin müddətini uzadacağı gözlənilir.

Daha əvvəl “Atletiko”nun Alvares üçün “Barselona”nın təxminən 100 milyon avroluq təklifini rədd etdiyi bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button