“Barselona” ilə qarşılaşma mənim üçün xüsusi olacaq”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində komandasını gözləyən mümkün rəqiblərlə bağlı fikirlərini bölüşüb.

Paris təmsilçisi pley-offun cavab matçında “Monako” ilə 2:2 hesablı heç-heçə edib və iki oyunun nəticəsinə əsasən 5:4 qalib gələrək, növbəti mərhələyə yüksəlib. Onların 1/8 finaldakı rəqibi ya “Barselona”, ya da “Çelsi” olacaq.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında mümkün rəqiblərin hər ikisini güclü hesab etdiyini vurğulayıb:

“Barselona” ilə qarşılaşma emosional baxımdan mənim üçün xüsusi olacaq. Kim rəqib olursa-olsun, asan olmayacağını bilirik. Evə qayıtmaq həmişə xoşdur. Barselona möhtəşəm şəhərdir, klub isə çox özəldir. Londona getməli olsaq, artıq hansı səhvləri düzəltməli olduğumuzu bilirik. “Çelsi” də çox güclü komandadır”.

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək. Bu mərhələnin ilk oyunları martın 10-11-də, cavab qarşılaşmaları isə 17-18 mart tarixlərində baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button