
“Barselona” bu mövsüm heç bir beynəlxalq titul qazana bilməyəcək”
“Real”ın və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos “Barselona”nın bu mövsüm beynəlxalq arenada uğur qazanmayacağını bildirib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, o, “Barselona”nın İspaniya superkubokundan məmnun olduğunu, ancaq onların qarşısında daha güclü rəqiblərlə üz-üzə qalacaqları UEFA Çempionlar Liqasının dayandığını deyib:
“Mənim fikrimcə, “Barselona” bu mövsüm heç bir beynəlxalq titul qazana bilməyəcək”.
“Barselona” Çempionlar Liqasının ümumi mərhələsində turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Kataloniya klubu 6 oyunda 10 xal toplayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



