“Barselona” braziliyalı üçün 80 milyon avro ödəməyə hazırdır

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” 26 yaşlı futbolçunu transfer etmək istəyir.

Kataloniya təmsilçisi braziliyalı oyunçu üçün 80 milyon avro ödəməyə hazırdır. Klub qiyməti azaltmaq üçün bəzi futbolçularını da qarşı tərəfə təklif edəcək.

Gimarayeşin Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2028-ci ilədək qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button